Nazir “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində
18:03 24 Oktyabr 2021
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun dəvəti ilə Ər-Riyad şəhərində keçirilən “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində məruzəçi qismində iştirak edib. Hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti liderlərinin qatıldığı "Yeni fəaliyyət dövrü: canlı vahə” (“A new era of action: Oasis alive”) adı altında keçirilən tədbirdə iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması, yaşıl iqtisadiyyat, enerji keçidi, aşağı emissiyalı sənaye texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, hidrogendən enerji məqsədli istifadə kimi bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Bu barədə Femida.az -a Energetika Nazirliyindən bildirilib.
“Dayanıqlılıq və iqtisadi inkişaf” adlı nazirlər panelində çıxış edən Pərviz Şahbazov ekoloji, enerji və iqtisadi dayanıqlılıq arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər sırasına daxil edildiyini bildirən nazir, növbəti onillik ərzində ölkəmizdə “yaşıl enerji” üzrə qoyuluş güclərinin payının 30%-a çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Çıxış zamanı işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji zonasına çevrilməsi istiqamətində işlərin aparıldığı bildirilib.
Panel çərçivəsində neft və qaz kimi karbohidrogen mənşəli enerji daşıyıcılarının ekologiyaya təsirinin məhdudlaşdırılması üzrə həllər, karbon qazı emissiyasının ətraf mühitə mənfi təsirinin azaldılması texnologiyalarına sərmayə qoyuluşu, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud, investisiya naziri Xalid Əl Falih, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl Xəlifə, "Acwa Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrick Pouyanne, “Air Products” şirkətinin icraçı vitse-prezidenti Samir Serhan ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Nazir tədbir zamanı “Bloomberg”, “Arab News”, “Kawa News” və s. kimi beynəlxalq media nümayəndələrinə müsahibələr verib.
Femida.az
Oxunub: 661
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib