Peyvənd olunanların sayı açıqlanıb


18:43     24 Oktyabr 2021 2021/10/A28BEBE2-38A0-43AA-A73E-F267CBA291A5_1635088297.png

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 559 vaksin vurulub.

Bu barədə Femida.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 1314