Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək


21:10     24 Oktyabr 2021 2021/10/EA9F1E17-AE7A-428A-A7DC-42F1D98A248A_1635131195.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-sı Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcək.

Femida.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Ərdoğanın bu səfəri onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq. Bir günlük səfər zamanı Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək.


Femida.az

Açar sözlər:

Oxunub: 953