Bakıda yeniyetmə döyülərək ağır xəsarət alıb


09:38     25 Oktyabr 2021 21_10_25_1635137374.jpg

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü Ş.Əsgərov oğlu tanıdığı şəxs və yaxud şəxslər tərəfindən döyülüb.

Ş.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və ənsə sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 865