Azərbaycanda devalvasiya ehtimalı ilə bağlı VACİB AÇIQLAMA
10:11 25 Oktyabr 2021
Altı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsirlərə son illər tab gətirə bilib.
Femida.az -ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının qarşısıalınmaz ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlşama risklərini gündəmə gətirib.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məhz dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar. Devalvasiya şəraiti yaradan daha bir amil isə hazırda azad olunmuş ərazilərə edilən böyük yatırımdır.
Lakin bütün bunlar hazırda sadəcə riks olaraq təcəssüm edir, reallıqda isə manatın möhkəm qalması üçün də ciddi səbəblər var. Dövlət Neft Fondunda ehtiyatlar rekord vurur, hazırda təkcə bu fondda 44 milyard dollardan artıq vəsait var. Mərkəzi Bankın da ehtiyatları artaraq 7 milyard dolları ötüb. Ölkənin strateji valyuta ehtiyatlarının 51 milyard dollardan artıq olduğu bir dövrdə dolların istənilən basqısını manat rahatlıqla ala bilər. Xüsusən də Azərbaycanın istehsalında və ixracında mühüm yer tutan enerji daşıyıclarının qiymətlərinin belə yüksək olduğu ərəfədə manat özünü necə deyərlər, rahat hiss edə bilər.
İqtisadçı ekspert deyir ki, hətta Azərbaycan indi sabit məzənnədən üzən məzənnəyə keçsə, qısamüddətli iqtisadi panikanı nəzərə almasaq, manat dollar qarşısında nəinki ucuzlaşmaz, hətta bir qədər də dəyər qazanar.
Qeyd edək ki, hazırda hər həftə keçirilən hərracda Azərbaycanda bazarda dollara olan təlabat tam qarşılanır.
Oxunub: 1268
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib