Binəqədidə 65 yaşlı qoca döyülüb, vəziyyəti ağırdır


10:14     25 Oktyabr 2021 21_10_25_1635138608.jpg

Bakıda 65 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Xəzri Həşim Əjdər oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 1353