Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb


10:34     25 Oktyabr 2021 21_10_25_1635139467.jpg

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.

Bu barədə Femida.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bildirilib ki, hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1059