Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkarlanıb


10:58     25 Oktyabr 2021 21_10_25_1635140092.jpg

Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Məzrəli, Nabatkənd və Qaralar kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Açar sözlər:

Oxunub: 924