Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib


11:02     25 Oktyabr 2021 21_10_25_1635140195.jpg

Türkiyə Silahlı Qüvvələri "Barış Pinarı" əməliyyat zonasında PKK/YPG-nin 5 terrorçusunu zərərsizləşdirib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Suriyanın şımalında terrorçuların zərərsizləşdirilməsi əməliyyatı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib.

Məlumata görə, terrorçular bölgədə terror aktları planlaşdırırmış.

Milli Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə PKK/YPG terrorçularının “Barış pınarı” əməliyyatı zonasında sabitlik və təhlükəsizlik mühitini pozmasına imkan verməyib və bundan sonra da verməyəcək.

Açar sözlər:

Oxunub: 913