Qazaxda gənc oğlan bıçaqlanıb


14:15     25 Oktyabr 2021 21_10_25_1635154145.jpg

Xaçmaz sakininə Qazax rayonunda mübahisə zəminində kəsici ailətlə xəsarət yetirilib.

Femida.az -ın məlumatına görə, Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü F.İsmayılov mübahisə zəminində üz və çənə nahiyəsindən kəsici ailətlə xəsarət alıb.

Xəstəxanaya aparılan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Ona xəsarət yetirən şəxsin Pərvin adında şəxs olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1231