Azərbaycanda 1 477 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb


18:37     25 Oktyabr 2021 2021/10/F76B94E4-AD0A-4E40-9704-B2765921A051_1635179400.png

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub.


Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 307