Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb


09:22     26 Oktyabr 2021 21_10_26_1635224057.jpg

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1046