Vəkili Maradonanın ölüm səbəbini açıqlayıb
14:12 26 Oktyabr 2021
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünə pis tibbi yardım səbəb olub.
Femida.az -ın məlumatına görə, belə bəyanatla argentinalı keçmiş hücumçunun vəkili Matias Morla şahid qismində ifadə verdikdən sonra çıxış edib.
"Tibbi qulluq dəhşətli idi. Bu səbəbdən, Maradona öldü" deyə Morla prokurorla görüşünün ardından jurnalistlərə bildirib.
O qeyd edib ki, ölümündən üç həftə əvvəl əməliyyat olunduğu xəstəxanada mərhum futbolçunun ev şəraitində nəzarətdə saxlanılması məsləhət görülməyib. Lakin qohumları Maradonanı Buenos-Ayres yaxınlığında icarəyə götürülmüş mənzilə yerləşdirməyi qərara alıblar. Həkimlər ona məhz orada qulluq göstəriblər.
Vəkilin fikrincə, bu, axmaqlıqdır: "Həkimlər deyirdilər ki, o, xəstəxanada qalmalıdır. Sonuncu dəfə Dieqonu 2020-ci il noyabrın 16-da görmüşdüm. Səsi qəribə idi, robota oxşayırdı".
Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də 61 yaşında dünyasını dəyişib. Ölümə səbəb kəskin ürək çatışmazlığı olub. Argentina prokurorluğu Maradonanın həkimlərinin mümkün səhlənkarlığı ilə bağlı araşdırma aparır.
Oxunub: 1507
Oxşar xəbərlər
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Millət vəkili xəsarət aldıqda ona sığorta ödənişi ediləcək
- Rövşən Əkbərovun vəkili: "Nazim İbrahimov barəsində cinayət işi başlanılmalıdır"
- "Qurban bayramınını qalib xalq kimi qeyd edirik" - Millət vəkili
- Baş Prokurorluq hakimin vəkilinə xəbərdarlıq etdi
- ABŞ səfirliyi üç vəkilin fəaliyyətinin bərpa edilməsini alqışlayıb
- Kollegiya tanınmış 3 vəkilin fəaliyyətinə icazə verdi
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- Neftçalanın sabiq icra başçısı vəkilindən imtina edib