Bakıda ofisdən oğurluq edilib


13:58     26 Oktyabr 2021 21_10_26_1635240304.jpg

Bakıda ofisdən oğurluq olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-na keçən rayon ərazisindəki ofislərin birindən 3 280 manat dəyərində noutbuk, modem və 2 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun oktyabr ayı ərzində müxtəlif vaxtlarda paytaxtın Nizami və Suraxanı rayonları ərazisində daha 1 kafedən planşet, 1 mağazadan 1 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları, digər mağazadan pul və planşet oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 267