Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib
15:45 26 Oktyabr 2021
Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriki səsləndirilib.
Bu barədə Femida.az-a Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.
Sualı Britaniya hökuməti adından cavablayan Lord Qoldsmit Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hokuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.
Lord Qoldsmit xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika region üzrə naziri xanım Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək ölkələrimiz arasında xüsusilə ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.
Femida.az
Oxunub: 1372
Oxşar xəbərlər
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa, güclü ordu yaratmağa çağırıb
- Britaniya kəşfiyyatı: “Ukrayna Xerson istiqamətində müəyyən uğurlar qazanıb”
- Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib
- Britaniya kəşfiyyatı Rusiya ordusunun durumunu açıqlayıb
- Britaniya MN: "İziumun cənubunda şiddətli döyüşlər gedir"
- Britaniya Ukraynaya 20 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır
- Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcək
- Britaniya kəşfiyyatı Ukraynadakı son vəziyyətlə bağlı məlumat yayıb
- Britaniya şirkəti "Vejnəli" yatağını istismar edəcək