Bacısını öldürüb, onun sevgilisini bıçaqlayana 17 il verildi


16:45     26 Oktyabr 2021 2021/10/4d09fa2d-48b5-34a5-9b11-f680e9eee953_850_1635250238.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə bacısını öldürməkdə və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən Əsgərov Elmidar Rəhim oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az-ın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 14-də saat 01 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bacısı, 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 423