Büdcənin gəlir və xərcləri açıqlandı
18:18 26 Oktyabr 2021
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 17 milyard 871,6 milyon manat, xərcləri 17 milyard 711,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Femida.az -a bildirilib ki, büdcənin icrasında 159,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,3 faizi qədər profisit yaranıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 15 milyard 974,3 milyon manat, xərcləri isə 15 milyard 626,8 milyon manat olub. Daxilolmaların 21,49 faizi əlavə dəyər vergisi, 13,77 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,42 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,87 faizi fiziki şəxslərin gəlir vergisi, 4,47 faizi aksizlər, 1,27 faizi sadələşdirilmiş vergi, 1,96 faizi vergilərin digər növləri, 46,76 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 20,10 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 18,14 faizi təhsil və səhiyyənin, 15,62 faizi ümumi dövlət xidmətlərinin, 14,31 faizi sosial müdafiə və sosial təminatın, 7,54 faizi məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 24,30 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Femida.az
Oxunub: 1578
Oxşar xəbərlər
- DSK üzvləri təyin edilmiş şəxslərin siyahısı açıqlanıb
- Bu il yol qəzalarında 290 nəfər ölüb
- Azərbaycanda illik inflyasiya 5%-ə yaxınlaşır
- DSK ilə İƏT arasında imzalanmış memorandum təsdiqlənib
- DSK-nın qərarı qüvvədə saxlanıldı
- MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi - YENİLƏNİB
- Bu məntəqələrlə bağlı müraciətlər araşdırılması üçün DSK-ya göndərildi
- MSK sədri: "Sosial şəbəkələrdə 68 DSK ilə bağlı 385 video var"
- MSK namizədlərin şikayətlərinin DSK-lara göndəriməsinə aydınlıq gətirib
- MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib