Kəlbəcər və Laçında 580 km-dən çox yollar inşa edilib
18:56 26 Oktyabr 2021
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Ali Baş Komandanın göstərişinə əsasən işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, o cümlədən infrastrukturun bərpa edilməsi məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir.
Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindən Laçın rayonunun Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib. Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb.
Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb