İrana getmək üçün hansı sənədlər tələb olunur?


19:17     26 Oktyabr 2021 2021/10/DB26DC3F-B6E4-485E-B30D-13EE9845CF62_1635260958.png

İranda koronavirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından və qarşısının alınmasından sonra 23 oktyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin hava və quru sərhədlərindən (Astara, Biləsuvar, Culfa və Poldəşt) giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan tələb olunan sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçirilir.

Bu barədə Femida.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik tələb olunan sağlamlıq protokollarını da açıqlayıb:

- Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.

- Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı təqdim etmək məcburidir.

Məlumata görə, bundan əvvəl və son 9 ay ərzində İranın Bakıdakı səfirliyinin Konsulluq şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan vətəndaşının İran ərazisinə daxil olmasına icazə verilib.

Femida.az

Açar sözlər: #İran   #Azərbaycan    

Oxunub: 278