İlham Əliyev və Ərdoğana Cocuq Mərcanlı barədə məlumat verilib


19:55     26 Oktyabr 2021 2021/10/DD01FDFA-4106-4350-BFEB-19F40878C882_1635263768.png

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.

Femida.az xəbər verir ki, qeyd olunub ki, “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək.

Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib.

Bundan əlavə, “TİKA”-nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 306