"Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik"- Türkiyə Prezidenti (VİDEO)
22:47 26 Oktyabr 2021
"Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi". Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.
Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yarandığını qeyd edən Türkiyə Prezidenti deyib: “Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
- İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamental elementidir”
- Dövlət başçısı: "Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq"
- Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
- Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”
- Aİ Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilişini dəstəkləyib
- "Zəngəzur dəhlizi" boyu tunellərin inşası gedir
- Türkiyə Prezidenti: “Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”