"Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir"- Türkiyə lideri
22:54 26 Oktyabr 2021
“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.
Femida.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, -dövlət başçısı vurğulayıb.
Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür:
"Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram".
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
- KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib