Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlı yayımlanıb
23:05 26 Oktyabr 2021
Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatla etdikləri çıxış qardaş ölkənin aparıcı telekanalları və xəbər agentlikləri tərəfindən canlı yayımla təqdim olunub.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “A Haber” telekanalları canlı yayım ərəfəsində və mərasim başa çatandan sonra liderlərin çıxışlarından mühüm məqamları ayrı-ayrı sərlövhələrlə ictimaiyyətə çatdırıblar.
Ümumiyyətlə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri Türkiyə kütləvi informasiya vasitələrinin baş xəbəri olaraq qalmaqdadır. Aparıcı telekanallar rəsmi məlumatları təqdim etməklə bərabər, tanınmış ekspertlərin iştirakı ilə səfərin strateji mahiyyətini və tarixi əhəmiyyətini təhlil edirlər.
Femida.az
Oxunub: 1380
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib