Türkiyə Prezidentindən Azərbaycanla bağlı paylaşım


23:27     26 Oktyabr 2021 2021/10/3E9C3B34-4386-4C8D-BCD8-0474E8A194BC_1635304558.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdə Azərbaycan səfəri haqqında paylaşım edib.

Femida.az xəbər verir ki, o, özünün Tviter səhifəsində Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri paylaşıb.

"Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik", - Türkiyə rəhbəri yazıb.


Femida.az

Açar sözlər: #Azərbaycan   #Türkiyə    

Oxunub: 1484