Türkiyənin Naxçıvandakı baş konsulu təltif edildi


12:14     27 Oktyabr 2021 2021/10/f582af27-9c99-399e-bb7b-7f3aea5bcb24_850_1635311634.jpg

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Qeyd edək ki, Mehmet Emin Kiraz 2019-ci ilin oktyabrında Türkiyənin Naxçıvan şəhərinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 444