Məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb


11:16     27 Oktyabr 2021 2021/10/2e0460e8-2541-3de8-b2c3-9352c7f6eb37_850_1635316186.jpg

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.

Femida.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılıb.

Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılıb.

Femida.az

Açar sözlər: #Məhkəmə  

Oxunub: 500