"İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla heç bir problem yaşanmaz" - Ərdoğan
12:40 27 Oktyabr 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan və İran arasında yaşanan gərginliyi müzakirə edib.
Femida.az “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, Azərbaycanın dövlət başçısı bu məsələdə qətiyyətli mövqe sərgiləyir və güzəştə getmir.
“Azərbaycan Prezidenti dedi ki, bizim İsrailə yönəlmiş hər hansı güzəştimiz yoxdur və əlavə etdi ki, biz İsraillə hər cür mal mübadiləsi içərisində addım ata bilərik. Onu da qeyd etdi ki, fərqli ölkələrlə necə addım atırıqsa, burada da eyni şəkildə İsraillə bu cür əlaqələrimiz var və bundan sonra da belə olacaq. Bu məsələlərdə ölkələr bir-birlərinin qərar qəbuletmə mexanizmlərinə təsir göstərməməlidir. Ümid edirik ki, İran da burada sağlam düşüncə ilə hərəkət edərsə, İran və Azərbaycan arasında heç bir problem yaşanmaz", - Ərdoğan vurğulayıb.
Femida.az
Oxunub: 504
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- İran Cəbrayılda xəstəxana tikəcək