Azərbaycanda yaşayış minimumunun məbləği artırılır


12:32     27 Oktyabr 2021 2021/10/404387156_0_74_2000_1205_1920x0_80_0_0_4cf7a68b2803145cab5720c253455d8d_1635324126.jpg

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Femida.az-ın məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1313