İran nüvə proqramı üzrə üç Avropa ölkəsi ilə danışıqlar aparmağa hazırdır
15:59 27 Oktyabr 2021
İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri ilə danışıqlar aparmağa hazırdır.
Femida.az TASS agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehran sadalanan ölkələrə nümayəndələrini göndərməyi və ya İran diplomatlarını bu 3 ölkəyə göndərməyi təklif edib, lakin hələlik bununla bağlı heç bir cavab alınmayıb.
İran XİN rəhbərinin müavini Əli Bagerinin oktyabrın 27-də Brüsseldə Avropa İttifaqının Xarici siyasət xidməti katibinin müavini, JCPOA üzrə birgə komissiyanın koordinatoru Enrike Mora ilə görüşəcəyi gözlənilir. Onlar arasında oktyabrın 14-də Tehranda baş tutmuş görüşdə nüvə razılaşmasına qayıtma problemi müzakirə olunub, həmçinin məsləhətləşmələri Brüsseldə davam etdirmək barədə razılıq əldə olunub.
Oxunub: 1413
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək