Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb


16:21     27 Oktyabr 2021 21_10_27_1635333687.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, Tovuz rayonunda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

B.Məhəmmədovun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam edir.

Açar sözlər:

Oxunub: 1432