Rövşən Əkbərov məhkəmədə son söz deyib


16:43     27 Oktyabr 2021 21_10_27_1635338732.jpg

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edib.

Vəkil müdafiə etdiyi şəxsə qarşı qaldırılan ittihamların heç bir aidiyyatı yoxdur və ona bəraət verilməsini xahiş edib.

Təqsirləndirilən şəxs Rövşən Əkbərov da həmin gün o restaranda olmadığını və Elçin Əliyevin qətlində əlinin olmadığını deyib. O məhkəmədən onun haqqında bəraət qərarı çıxarılmasını istəyib.

Məhkəmə müşavirəyə gedib.

Açar sözlər:

Oxunub: 1538