ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkib


18:10     27 Oktyabr 2021 21_10_27_1635340225.jpg

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən ərazilərə baş çəkib.

Femida.az -ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinin xatirəsini dərin hüznlə yad edib”, - qeyd olunub.

Açar sözlər:

Oxunub: 431