Mixeil Saakaşvili tibbi yardımdan imtina edib
18:18 27 Oktyabr 2021
“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.
Femida.az xəbər verir ki, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.
Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.
M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.
Oxunub: 1454
Oxşar xəbərlər
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşib
- Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq
- Mixeil Saakaşvili məhkəmədə gürcü xalqına müraciət edib
- Mixeil Saakaşvili hərbi hospitala köçürülə bilər
- Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb
- Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib
- Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb
- Mixeil Saakaşvili saxlanılıb
- Mixeil Saakaşvili Gürcüstana qayıdıb