Xırdalanda evdə 50 yaşlı kişinin meyiti tapılıb


16:49     28 Oktyabr 2021 2021/10/617a92ea06bdd617a92ea06bdf1635422954c17634e1a5406edb1338c74c2fa65b2c_1635423996.jpg

Abşeron rayonunda mənzildə kişi meyiti tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 377