Meksikanın dövlət neft-qaz şirkəti 5 milyard dollara yaxın vəsait itirib


11:13     29 Oktyabr 2021 21_10_29_1635486461.jpg

Meksikanın dövlət neft-qaz şirkəti Pemex yanvar-sentyabr ayları ərzində 100,2 milyard peso (4,93 milyard ABŞ dolları) itirib ki, bu da 2020-ci illə müqayisədə 83,4% azdır. 2020-ci ilin eyni dövründə şirkətin itkiləri 605,1 milyard peso (29,8 milyard ABŞ dolları) təşkil etmişdi.

Femida.az xəbər verir ki, bu barədə “Televisa” telekanalı təşkilatın maliyyə direktoru Alberto Velaskesə istinadən məlumat verib.

Pemex bu il neft hasilatını artıraraq gündəlik 1,73 milyon barrelə çatdırıb ki, bu da bir il əvvəlkindən 2,4% çoxdur. İxracın həcmi pul ifadəsində 58% artaraq 512,3 milyard pesoya (25,2 milyard ABŞ dolları), daxili bazarda satışlar isə 41,6 faiz artaraq 533,8 milyard pesoya (26,29 milyard ABŞ dolları) çatıb.

Açar sözlər:

Oxunub: 737


Oxşar xəbərlər