Türkiyənin Cümhuriyyət Günü Qarabağda qeyd edildi


22:05     29 Oktyabr 2021 2021/10/D9E7624F-6905-41BD-84FA-DE4E99FB577F_1635562858.png

Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə Türkiyənin Cümhuriyyət Günü qeyd edilib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” hesabında məlumat yayıb.

“Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.







Femida.az

Açar sözlər: #Qarabağ   #Türkiyə    

Oxunub: 613