Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib


09:10     30 Oktyabr 2021 21_10_30_1635570686.jpg

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Femida.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib .

Açar sözlər:

Oxunub: 1364