Balakəndə ictimai nəqliyyatda karantin qaydalarına əməl etməyənlər cərimələnib
09:28 30 Oktyabr 2021
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onların barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan və peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb. Əsassız bəhanələr gətirənlərə mövcud tələblər izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Oxunub: 1474
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb