Ağdaşda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub


10:10     30 Oktyabr 2021 21_10_30_1635573062.jpg

Bakı-Qazax magistral avtomobil yolunun Ağdaş rayon ərazisindən keçən hissəsində baş verən yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Femida.az -ın məlumatına görə, hadisəsi nəticəsində 1998-ci il təvəllüdlü Asiman Məmmədov və onun anası, 1976-cı il təvəllüdlü Almaz Məmmədova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini qənaətbəxş və kafi qiymətləndirirlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 408