Bərdədə karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb


10:18     30 Oktyabr 2021 21_10_30_1635573421.jpg

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Nazırlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Açar sözlər:

Oxunub: 1450