Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır
12:38 30 Oktyabr 2021
Uşaq dünyaya gətirən 11 yaşlı ananın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.
İmişli rayon sakini olan 11 yaşlı ana və körpəsi hazırda adıçəkilən xəstəxanada həkim nəzarətindədir.
Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.
Oxunub: 1488
Oxşar xəbərlər
- Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq
- Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb
- Uşaq bağçasında gözətçi işləyən QADIN QƏTLƏ YETİRİLDİ
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaq evində böyüyən şəhid dəfn edildi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaq bağçaları fevralın 15-dən açılır
- Uşaqlıq şəkilləri olmayan 22 yaşlı şəhid niyə özünü qumbara ilə partlatmaq istəmişdi?
- Uşaq ölü doğuldu - Ginekoloqun cinayət işi məhkəməyə göndərildi
- Uşaqların bu sahədə çalışdırılması qadağan edilir