Bakıda məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb
13:56 30 Oktyabr 2021
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVİD-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bildirilib ki, bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Oxunub: 1453
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb