"28 May" stansiyasında tüstülənmə: Qatarların hərəkəti məhdudlaşdırıldı


15:32     30 Oktyabr 2021 2021/10/F92F303C-A672-4FF9-9092-3E50497E1287_1635593344.png

"28 May" metro stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

Femida.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

""Xətai-Cəfər Cabbarlı" mənzili istisna olmaqla, Bakı Metropolitenin xətlərində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.

Qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib. Hazırda "Bakı Metropoliteni" problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Bomba barədə yayılan informasiya yalandır ".


Femida.az

Açar sözlər: #Metro    

Oxunub: 575