Ötən gün 180 nəfər şənliyə buraxılmayıb


18:00     30 Oktyabr 2021 2021/10/CD8FFAD1-2DA2-4F5A-BE95-59FA4472D055_1635602476.png

Oktyabrın 29-u Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 85 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 69 şadlıq sarayında, 16 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 180 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Femida.az

Açar sözlər: #DİN   #Toy    

Oxunub: 493