İranda virusdan daha 128 nəfər ölüb


18:45     30 Oktyabr 2021 2021/10/C3092C58-2CB4-4A84-AC36-02A8C790912A_1635607764.png

İranda ötən sutka ərzində 6809 nəfər koronavirusa yoluxub.

Femida.az xəbər verrr ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Son sutkada 128 nəfər olmaqla, İranda bu virusdan ölənlərin sayı 126 126 nəfərə yüksəlib. Virusa yoluxanların ümumi sayı isə 5 916311 nəfərə çatıb.

Virus daşıyıcılarından 3 942 nəfərin vəziyyəti ağır qiymətləndirilir.Ölkədə indiyədək 5 494 689 nəfər koronavirusdan sağalıb, 35,4 milyondan çox diaqnoz testi həyata keçirilib.


Femida.az

Açar sözlər: #İran   #Virus    

Oxunub: 430