Zərdabda karantinə görə toy sahibləri cərimələnib


10:15     31 Oktyabr 2021 21_10_31_1635659340.jpg

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Allahqulubağı, Qoruqbağı və Sarıqaya kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri Ç.Abbasov, Ə.Kərimov və A.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Açar sözlər:

Oxunub: 3883