İŞİD İraq silahlılarına hücum edib, ölənlər var


10:29     31 Oktyabr 2021 21_10_31_1635659477.jpg

İŞİD qruplaşmasının terorçuları İraqın Kərkük şəhərində “peşmərgə” adlanan kürd silahlılarına hücum edib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Kürd Regional Rəhbərliyinə bağlı Terrorla Mübarizə Təşkilatı məlumat yayıb.

Məlumata görə, hücum şəhərin şimalında, Qızıl Körpü yaxınlığında, Zerge Zirav bölgəsində baş verib. Hücum nəticəsində 2 silahlı öldürülüb.

Hadisədən sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib, geniş miqyaslı axtarış əməliyyatlarına başlanılıb.

Açar sözlər:

Oxunub: 1454