Hindistanda avtomobil dərəyə düşüb, ölənlər var


13:22     31 Oktyabr 2021 21_10_31_1635670011.jpg

Hindistanın şimalındakı Uttarxand ştatında avtomobilin dərəyə düşməsi nəticəsində azı 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə ştatın inzibati mərkəzi Dehradun şəhərində baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları və xilasedicilər gəlib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Açar sözlər:

Oxunub: 1671