“ABŞ-ın terror təşkilatlarına dəstəyininindən təəssüfləndiyimizi bildirdik”


20:31     31 Oktyabr 2021 2021/11/D881D4CB-9915-4737-94C7-6F3B397E7480_1635736566.png

“Suriyada olan PKK/YPG terror təşkilatlarına ABŞ-ın dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”.

Femida.az xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir: “Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələl gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.

Femida.az

Açar sözlər:

Oxunub: 367