Azərbaycan nefti yenidən ucuzlaşdı


16:48     09 Yanvar 2016 img19352.jpg

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,79 dollar yaxud 5% ucuzlaşıb.


Femida.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,00 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 774